RU
Azərbaycanda meşə yanır – FHN söndürməyə çalışır
15:51
393

Azərbaycanda meşə yanır – FHN söndürməyə çalışır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ