RU
Azərbaycanda
16:50
1132

Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.

7News.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:

"COVID-19-un "mü" ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ