RU
Azərbaycanda müəlliməni əri qətlə yetirdi: Bel sapı ilə...
17:10
476

Azərbaycanda müəlliməni əri qətlə yetirdi: Bel sapı ilə...

Lənkəranda qətl hadisəsi törədilib.

7News.az-ın verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.
 
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən ailə münaqişəsi zəminində bel sapı ilə çoxsaylı zərbələr nəticəsində öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Qətlı yetirilən qadının iki övladı var.
 
Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub və anasını ölmüş vəziyyətdə, atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb. Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R. Əliyev bir neçə dəfə arvadını döyüb. 

R.Əliyevin atası Aydın Əliyev bildirib ki, oğlu ruhi-əsəb dispanserində qeydiyyatdadır. 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanılıb.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ