Bu il Azərbaycanda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 311 mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.
Bu barədə 7NEWS.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.
O deyib ki, 2021-ci ilin 10 ayı ərzində polis əməkdaşları tərəfindən ümumilikdə 4 481 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məsuliyyətə cəlb edilib.
7NEWS.Az







