RU
Azərbaycanda neçə nəfər Paşinyanın adını uşağına verib? - Rəsmi məlumat
15:45
1136

Azərbaycanda neçə nəfər Paşinyanın adını uşağına verib? - Rəsmi məlumat

Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

7News.Az modern.az-a istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə  - 44 günlük Vətən müharibəsi dövründə daha "populyarlaşdı". Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə  Nikolas adı verilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ