Atv-nin "Bizimləsən" layihəsində hər kəsi təəccübləndirəcək etiraf yer alıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, verilişin efirə gedən növbəti sayında qonaq olan Lətifə adlı qadın 5 yaşlı uşağından imtina etdiyini izləyicilərlə bölüşüb:
"Uşaq bətnimdə 6 aylıq olan vaxtı yoldaşım məni atıb Rusiyaya getdi. Övladım dünyaya gələndən sonra qayınanam mənə əzab-əziyyət verdi. 5 yaşında olarkən uşağın başına darvaza düşdü və o psixi xəstəliyə tutuldu. Mən imtina ərizəmi yazıb, uşaqdan imtina etdim. Ondan bəri uşağın arxasınca getmədim. Dedim psixi xəstədir, neynirəm elə uşağı? ".
Bildirək ki, ana verilişə 6 ildir ki, oğrulandığı deyilən Yeganə adlı övladlığa götürdüyü qızını axtardığı üçün müraciət edib. Onun axtardığı qızı illər sonra studiyada qonaq olub. Qız onu saxlayan anadan imtina edərək "Mənim adıma ləkə yaxan ana ilə yaşamaq istəmirəm. Məktəbimə gəlib mənə nəlayiq söyüşlər söyürdü. Hazırda atamın qohumlarının yanında yaşayıram" deyərək cavab verib.
Qeyd edək ki, verilişə müraciət edən Lətifə adlı qadın 2015- ci ildə övladlığa götürdüyü qızını birinci nikahından olan doğma oğlunun oğurlayıb apardığını və gizlətdiyini iddia edir.








