Mingəçevirdə orta məktəbdə yanğın baş verib.
Bu gün saat 08 radələrində Mingəçevir şəhərində yerləşən Noel Ahəngəri adına 13 saylı orta məktəbdə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yanğın başlayıb.
Məktəb binasının 2-ci mərtəbəsindəki elektrik qovşağında başlayan alovlanmaya ilk olaraq şagirdlərdən biri müdaxilə edib. Hadisəni görən 10-cu sinif şagirdi tez özünü itirmədən məktəbdə olan yanğınsöndürmə balonu ilə alovun miqyasınnı artmasının qarşısını alıb. Daha sonra sinif otaqlarındakı uşaqları təhlükəsizlik məqsədi ilə otaqlardan çıxarılıblar.
Hadisə yerinə yanğınsöndürmə briqadasının 3 avtomobili gəlib. Yanğının qarşısı tamamilə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Tüstüdən özünü pis edən şagirdlər evə buraxılıb./publika


7News.Az








