RU
Azərbaycanda oğul qorxudan atasını polisə verdi
16:10
458

Azərbaycanda oğul qorxudan atasını polisə verdi

Saatlı rayon sakinindən odlu silah götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 7News.Az-a məlumat verilib.

Bildirilib ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan "TOZ-63” markalı ov tüfəngi götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ