RU
Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır - FOTO
21:40
179

Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır - FOTO

"2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 % artırılır".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bugünkü mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir.

2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır.

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ