RU
Azərbaycanda peyvənd olunan hərbçilərin sayı açıqlandı
16:32
98

Azərbaycanda peyvənd olunan hərbçilərin sayı açıqlandı

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri görülməkdədir.

7News.AzTrend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyyətinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.

"Şəxsi heyətin 72 faizi 2-ci, 8 faizi isə 3-cü doza peyvəndi qəbul edib. Koronavirus infeksiya şübhəsi olan hərbi qulluqçular dərhal təxliyə edilir. Koronavirusa qarşı tədbirlər görmək üçün səyyar briqadalar yaradılaraq hərbi hissə və bölmələrə göndərilib", - deyə A.Eyvazov bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ