Kürdəmir rayonunun Babək prospektində "VAZ 2107” markalı avtomobilin sürücüsü piyadanı vuraraq hadisə yerindən qaçıb.
7News.Az xəbər verir ki, hadisə rayonun Atakişili kənd sakini Niyaməddin İbrahimovun yolu keçmək istədiyi zaman baş verib.
Yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.
Qəzanı törədərək hadisə yerindən yayınan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin dəqiq təffərüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.
7News.Az








