RU
Azərbaycanda polis qəzaya düşdü
14:26
66

Azərbaycanda polis qəzaya düşdü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı qəzaya düşüb.

Hadisə zamanı polis serjantı Tural Atakişiyev xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev idarə etdiyi özünə məxsus VAZ-21214 markalı avtomobillə dekabrın 29-da axşam saatlarında xidmətdənkənar vaxtda Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb:

 

"Qəza nəticəsində xəsarətlər alan sürücü T.Atakişiyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir"./oxu

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ