38 yaşlı Eldar Azakov və onun qardaşı 35 yaşlı Fərid Azakov mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.
Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.
Axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.
Professor Siyavuş Azakov övladlarının axtarışda olması xəbərini APA-ya təsdiqləyib. O, axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib./apa
7news.az








