RU
Azərbaycanda qadın kafedə döyüləndən sonra bıçaqlandı
01:57
884

Azərbaycanda qadın kafedə döyüləndən sonra bıçaqlandı

Tovuzda kafedə işləyən qadın döyülüb sonra isə bıçaqlanıb.

7news.az  APA-ya istinadən məlumatına görə, rayonun Bozalqanlı kənd sakini, 1963- cü il təvəllüdlü Sevda Həsənova üz nahiyəsinin əzilməsi və sol qabırğaaltı nahiyənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə ,rayonun Aşağı Əyyublu kəndində kafedə işləyən S. Həsənova orada olan müştərilərdən biri tərəfindən döyülərək bıçaqlanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ