"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova hadisə ilə bağlı publika.az-a açıqlamasında bildirib ki, nəticədə Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri 1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib, xəsarət alan Sabirabad rayonu Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, hadisədən sonra yük qatarı avtoqoşqusuna ilişən avtomaşınla 250 metr aralıda dayanıb.
"Həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir. Hadisəyə səbəb sürücü tərəfindən "Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1, 2, 3-cü bəndlərinin tələbləri kobud surətdə pozulduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib. Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb”.
7News.az








