RU
Azərbaycanda qayınana gəlini öldürüb, tualetə atdı - ŞOK İDDİA - VİDEO
10:57
743

Azərbaycanda qayınana gəlini öldürüb, tualetə atdı - ŞOK İDDİA - VİDEO

Qeyd edək ki, Həsənli Çinarə Cəlal qızı ötən ilin mayında itkin düşüb.
Aylardır itkin düşən və qayınanası tərəfindən öldürülüb, basdırıldığı iddia edilən Həsənli Çinarə Cəlal qızının axtarışları davam edir.

İtkin düşən bir uşaq anası ilə bağlı yeni iddialar səsləndirilib. Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən qadın şok açıqlamalar verib. Rusiyanın Tümen şəhərində yaşayan qadının sözlərinə görə, Çinarənin ögey atası çalışdığı bazarda danışdıqları ilə hər kəsi dəhşətə gətirib:

"Dövlət hər kəsə danışıb ki, Çinarəni qayınanası öldürüb və həyətdəki tualetə atıb. Dövlət deyib ki, bu barədə Çinarənin qayınatası kafedə sərxoş olarkən danışıb".

Qeyd edək ki, Həsənli Çinarə Cəlal qızı ötən ilin mayında itkin düşüb. Onun qayınanası tərəfindən döyüldükdən sonra evdən getdiyi və bir daha geri dönmədiyi bildirlir.

Verilişdən olan kadrları sizə təqdim edirik:



 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ