RU
Azərbaycanda qaz balonu partladı - Ər-arvad yaralandı
12:00
220

Azərbaycanda qaz balonu partladı - Ər-arvad yaralandı

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

7News.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ