RU
Azərbaycanda restoran yandı: müştərilər təxliyə edildi
17:15
2295

Azərbaycanda restoran yandı: müştərilər təxliyə edildi

Goranboy rayonunun Dəliməmmədli şəhərində restoran yanıb. 

7News.Az report-a istinadən bildirir ki, yanğın zamanı restoranda olan müştərilər və işçilər təxliyə olunublar.

Hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Xidmətinin iki, Gəncə şəhər Yanğından Mühafizə Xidmətinin isə bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısını almaq mümkün olmayıb. Hazırda yanğın davam edir. 
Yanğının səbəbləri araşdırılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ