RU
Şabranda restoranda baş verən yanğın söndürülüb  - YENİLƏNİB
19:05
162

Şabranda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda restoranda baş verən yanğınla bağlı məlumat açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 14:09-da FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonunda restoranda yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 14:14-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlayıblar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı qısa müddət ərzində alınaraq tam söndürülüb.

İlkin məlumata görə, restorana aid ərazidə ümumi sahəsi 330 m² tikilinin yanar konstruksiyaları və açıq ərazidə 0,2 ha sahədə quru ot yanıb. Restoranın ərazisində olan digər tikililər (ümumi sahəsi 460 m²) yanğından mühafizə olunub.

***

Şabran rayonunda restoranda yanğın olub.

7News.Az APA-ya istinadən bildirir ki, Bakı-Quba yolunun kənarında yerləşən "Qala" restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində restoranın 500 kvadratmetr hissəsi tamamilə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ