RU
Azərbaycanda ruhi xəstə olan oğul anasını döydü
11:30
139

Azərbaycanda ruhi xəstə olan oğul anasını döydü

Hacıqabulda döyülmə hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə Ağacanlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1971-ci il təvəllüdlü Səfərova Qaratel Məmiş qızı oğlu tərəfindən döyülərək müxtəlif xəsarətlər alıb. O, əvvəlcə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Anasını döyən oğlanın ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ