RU
Ağdaşda yeniyetmə öldürüldü – FOTO + YENİLƏNİB
12:55
668

Ağdaşda yeniyetmə öldürüldü – FOTO + YENİLƏNİB

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

7news.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.

Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Ağdaş Dövlət Humanitar Kollecindən isə bildirilib ki, kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibov bu gün saat 10:00 radələrində bıçaqlanıb. Hadisə kollecin ərazisindən kənarda baş verib. Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

 

-----


Ağdaşda qətl hadisəsi baş verib.

7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 10:30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu bildirilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ