Mərkəzi Seçki Komissiyası (MSK) 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.
7News.Az-ın məlumatına görə, MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:
"Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir”. //Oxu.az








