Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
7News.az xəbər verir ki, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtobus yoldan çıxararaq aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.//apa
7News.az








