RU
Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - VİDEO
23:00
421

Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - VİDEO

Qubada yol qəzası baş verib.

7news.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini Seyidşah Atagülovun idarə etdiyi "Hyundai" markalı sərnişin avtobusu idarə etməni itirərək ağaca çırpılıb. Xəsarət alan yoxdur. Qəzaya səbəb avtobusun sükanında yaranan problem olub. Quba şəhər avtovağzalının növbə rəisi Rəhman Dadaşov faktı təsdiqləyib.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ