RU
Azərbaycanda siqaretlər kəskin bahalaşır - YENİ QİYMƏT
12:03
496

Azərbaycanda siqaretlər kəskin bahalaşır - YENİ QİYMƏT

7News.Az Parla.az-a istinadla xəbər verir ki, Azərbaycanda gələn aydan siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir.

Artıq bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb. 

Mağaza sahiblərinə gələn ayın 1-dən sonra ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığını da ediblər.

"LD”, "Sobranie”, "Kent” və digər markalı siqaretlərin qiymətində 40 qəpiyə qədər artım gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ