RU
`Azərbaycanda siyasi məhbus yoxdur`
21:54
721

`Azərbaycanda siyasi məhbus yoxdur`

“Azərbaycan dövlətini, Prezident İlham Əliyevi müxalif fikirli insanların əfv sərəncamı ilə bağlı reallığa uyğun olmayan yanaşması qətiyyən maraqlandırmır. Əfv sərəncamlarının verilməsi isə dövlət başçısının müstəqil siyasətinin fəlsəfəsidir”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat vurğulayıb ki, Əfv komissiyasının üzvlərini məhbusun kimliyi maraqlandırmır: “Əfv olunacaq məhkumlar üçün Əfv komissiyasının əsasnaməsinin şərtləri, törətdiyi cinayətin tərkibi, məhkumun cəmiyyət üçün təhlükəli olmaması, zərərçəkənin mövqeyi və cəzasının müəyyən hissəsini çəkməsi əsas götürülür. Əgər bu şərtlərə uyğun gəlirlərsə, nə qədər müraciət edilərsə, o qədər məhkuma əfv şamil olunur. Azərbaycan cəzaçəkmə müəssisələrində siyasi məhbus yoxdur, ola bilməz. Ümumiyyətlə siyasi məhbus anlayışının tərifi varmı? Əlbəttə yoxdur. Çünki, belə bir beynəlxalq konvensiya, qətnamə, deklorasiya yoxdur. Bu anlayış Qərb, Avropa, beynəlxalq təşkilatların Azərbaycan üzərində etmək istədikləri təzyiq eksperimentidir. Azərbaycanda isə siyasi baxışına görə heç kəs təqib olunmur. Ona görə də əfvə düşəcək məhkumlar üçün məhkum və onun törətdiyi cinayət əsas götürülür”.

Millət vəkili qeyd edib ki, son 10 ildə bu qədər sayda əfv olunan məhkum olmayıb: “Ölkə başçısının bu addımı çox böyük humanistlikdir. Hər dəfə əfv sərəncamının imzalanması cinayət törətmiş və hazırda cəza çəkən insanlar üçün böyük dərsdir. Allah insanı elə yaradıb ki, səhv etməyə, bəzi hallarda cinayət törətməyə meyilli olur. Sonradan törətdiyi əmələ görə peşmançılıq hissi keçirir. Prezident İlham Əliyev ötən gün imzaladığı əfv sərəncamı ilə 210 nəfər məhkuma sağlam həyata inteqrasiya olunmaq üçün şans verdi. Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində verilən əfv sərəncamı qızıl hərflərlə yazılan dəyərdir”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ