RU
Azərbaycanda ŞOK: Ana 4 yaşlı qızını yandırıb, bıçaqla QORXUTDU - FOTO
14:30
291

Azərbaycanda ŞOK: Ana 4 yaşlı qızını yandırıb, bıçaqla QORXUTDU - FOTO

Azərbaycanda ana azyaşlı qızını yandırdı.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu "Səni axtarıram" verilişinə çıxan, gəlini Həmidəni və nəvəsi Güllünü axtaran nənə bildirib.


O, söyləyib ki, Həmidə uşağına qarşı çox əzazil olub:

"Nəvəm səhərə kimi "ay nənə, ay nənə" deyə ağlayırdı. Körpəmin səsi hələ də qulağımdadır. Həmidə nəvəmin ayağını bilə-bilə yandırmışdı. Bıçaqla uşağı incidirdi. Qapını arxadan bağlayırdı. Həmidə çıxanda soruşurdum, Güllüyə nə edib ki, elə ağlayır? Heç nə etmədiyini deyirdi. Sonra baxırdım ki, uşağın əlində, ayağında və bədənində zədələr var. Həmidənin ailəsi qızlarının xəstəliyini gizlədirdilər. Mən də sübut üçün xəstəxanadan xəstəlik kağızını aldım. Mən hələ yaxşı qayınanayam ki, elə gəlini 4 il saxlamışam. Sadəcə Həmidə çıxıb desin ki, uşaq salamatdır. Başqa heç nə istəmirəm".

Həmidənin anası Leyla bildirib ki, qızını o həddə onun həyat yoldaşı çatdırıb: "Həyat yoldaşı qızımı məcbur edirdi ki, anasından və atasından pul alıb ona versin. Oğlu qızımı bizdən pul almağa məcbur edəndə necə ola bilər ki, ananın xəbəri olmasın? Dəfələrlə qızımı oğlu döyüb, bizim evə göndərirdi. Qayınanası isə gəlib aparırdı. Kürəkənim narkomandır. Qızımın bütün cehizlərini satıb. Evdə qızımın cehizlərindən biri də qalmayıb".

Qayınana isə Həmidənin anasının yalan danışdığını söyləyib: "Həmidə gəlib, oğluma deyirdi ki, anasına 50 manat borcu var. Oğlum da pulu verirdi ki, Həmidə anasına qaytarsın. Həmidə əgər valideynlərindən pul alıbsa, onu özünə xərcləyib. Oğlumun xəbəri olmayıb. Mənim oğlum avtobus sürücüsüdür. Heç bir pis vərdişi yoxdur. Həmidənin heç bir cehizi də satılmayıb".



Azərbaycanda ŞOK: Ana 4 yaşlı qızını yandırıb, bıçaqla QORXUTDU - FOTOAzərbaycanda ŞOK: Ana 4 yaşlı qızını yandırıb, bıçaqla QORXUTDU - FOTOAzərbaycanda ŞOK: Ana 4 yaşlı qızını yandırıb, bıçaqla QORXUTDU - FOTO



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ