RU
Azərbaycanda ŞOK HADİSƏ: 16 yaşlı qız evdən qaçıb, ərə getdi - FOTO
18:00
621

Azərbaycanda ŞOK HADİSƏ: 16 yaşlı qız evdən qaçıb, ərə getdi - FOTO

Azərbaycanda 18 yaşlı qız evdən çıxıb geri qayıtmayıb.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib.

 

Aparıcı bildirib ki, 18 yaşlı Aysel Məmmədova yanvarın 7-si evdən çıxıb. Onunla bağlı ilkin məlumatlar olsa da, aparıcı bəzilərini açıqlamaq istəməyib.

Aysel Məmmədovanın anası qızımın sevgilisinin olmadığını vurğulayıb:

"Amma qızıma elçi gələnlər olub. Demişəm, 16 yaşı var, 2 il gözləyin 18 yaşı olsun. Bu hadisə 2 öncə olub".

Veriliş zamanı Aysel Məmmədovanın tapılması ilə bağlı xəbər verilib.

Özünü Aysel Məmmədovanın həyat yoldaşı kimi təqdim edən oğlan verilişə zəng edərək bildirib ki, Ayselin anası onların 2 il münasibətdə olduğundan xəbərdardır. Oğlan Aysellə iki il dini nikahda yaşadığını deyib. Onun sözlərinə görə, Aysel anasının ondan "əl çəkməsini" istəyir.

Azərbaycanda ŞOK HADİSƏ: 16 yaşlı qız evdən qaçıb, ərə getdi - FOTO


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ