RU
AZƏRBAYCANDA ŞOK HADİSƏ: 2-ci mərtəbədən yıxılan 11 aylıq körpə necə sağ qaldı? - VİDEO
22:40
670

AZƏRBAYCANDA ŞOK HADİSƏ: 2-ci mərtəbədən yıxılan 11 aylıq körpə necə sağ qaldı? - VİDEO

Bakıdakı mənzillərdən birində kirayə yaşayan Mirzəyevlər ailəsinin başına bədbəxt hadisə gəlib. 

Evin 11 aylıq körpəsi Ərkinaz 2-ci mərtbədən yıxlaraq ağır kəllə-beyin travması alıb. Bu barədə "Astar" layihəsində məlumat verilib. 

Ərkinaz anası Güllü Mirzəyevanın qucağında olarkən ehtiyyatsızlıqdan yıxılıb. Həyətdəki ustaların köməkliyi ilə dərhal xəstəxanaya aparılan körpə reanimasiyaya yerləşdirilib. 20 gün komada qalan Ərkinaz həkimlərin səyi nəticəsində ölümdən qurtulub. 11 aylıq körpənin ikinci mərtəbədən başı üstə beton yerə çırpılması və sağ qalması bir möcüzədir. 

Atası Abdulhəsən Mirzəyevin sözlərinə görə, Ərkinaz yaşasa da hazırda görmür, eşitmir, ağlamır və gülmür. Gəzə bilməsi isə sual altındadır. 

Ətraflı videoda: 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ