RU
Azərbaycanda ŞOK: Ruhi xəstə olan hamilə qadın 4 yaşlı qızını qaçırtdı - FOTO
15:30
306

Azərbaycanda ŞOK: Ruhi xəstə olan hamilə qadın 4 yaşlı qızını qaçırtdı - FOTO

Azərbaycanda psixoloji problemləri olan hamilə qadın 4 yaşlı uşağını götürüb qaçıb.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu "Səni axtarıram" verilişinə müraciət edən və gəlini Həmidə Ağayevanı axtaran qaynana söyləyib.


Qadının sözlərinə görə, martın 22-də gəlini ona ürəyi sıxıldığını deyərək xalasıgilə getməyi xahiş edib: "Uşağı və özü səliqəli geyindilər. Gəlinim hicablıdır. Nəvəmin 4 yaşı var. Saat 2-yə qalmış evdən çıxdıq. Bacımgildə oturanda qızım zəng edib bizə gəldiyini dedi. Həmidəyə dedim ki, evə gedək. O da mənə "Ana, mən uşağın ayaqqabısını geyindirim, çağıraram, sən də gələrsən" dedi. Bacımla oturmuşdum. 5 dəqiqə gözlədim. Gördüm, Həmidədən səs çıxmadı. Bacımla qapının ağzına baxdıq ki, Həmidə və uşaq yoxdur. Qapı ilə darvazanın arasında 30 metr məsafə var. Atasıgil də bacımla eyni məhlədə qalır. Gəlinim 5 ay idi ki, Hövsanadakı dərzinin yanına gedirdi. O, sakit və yol tanımayan qadın idi. Mən parkda nəvəmlə oynayırdım, o da dərzinin yanına kursa gedirdi. Sonradan gəlinim mənə dedi ki, yaşlı adamsan soyuqda boşuna oturma. Özüm gedib, gələrəm. Axşam 7-də də gedib, gəlinimi qarşılayırdım. Dərzini də gəlinim özü tapmışdı. Oğlum sürücüdür. Gəlinim itəndən sonra dərzinin yanına getdim. And içdi ki, Həmidə 3 dəfə dərzinin yanına gedib. Bir dəfə həyat yoldaşının şalvarının ətəyini kəsdirib. 2016-cı ildə Həmidə başqası ilə nişanlı idi. Nişanlı olanda da Həmidə evdən qaçıb. 3 gün sonra isə onu tapıb, Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdiriblər. Bütün bunları mən oğlum nişanlı olanda bilmişəm. Anasıgil dedi ki, guya qızına cadu eliyiblər. Həyətlərində cadu oxunmuş yumurta tapıblar. Dərzinin yanına gedib-gələndən 2 ay sonra telefonunu dəyişdirdi. Yalandan dedi ki, dərzi alıb. Dərzi ona telefon almadığını söylədi. Son aylar çox dəyişmişdi və qızı ilə də maraqlanmırdı. Həmidəyə zəng gələndən sonra o, dərzinin yanına getmişdi. Oğlum da 4 il nişanlı olub. Əvvəlki qızla dolanmadığı üçün nişanı qaytardıq.Həmidəni də mən almışdım. Gəlinim gedəndə uşağın və özünün də sənədlərini götürüb. Həmidə evdən qaçanda 14 həftəlik hamilə olub. Həmidə qızını istəmirdi. Uşaq mənlə yatırdı. Hərdən Həmidə qapını arxadan bağlayıb, uşaqla qalırdı. Sonra otaqdan çıxanda uşaq ağlayırdı. Uşağın bədəninə baxanda görürdüm ki, dırnağını onun bədəninə keçirib..."
 Azərbaycanda ŞOK: Ruhi xəstə olan hamilə qadın 4 yaşlı qızını qaçırtdı - FOTO
Azərbaycanda ŞOK: Ruhi xəstə olan hamilə qadın 4 yaşlı qızını qaçırtdı - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ