Azərbaycanda qadın 9 aylıq uşağını 30 min manata satmaq istəyib.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev məlumat verib.
Aparıcı bildirib ki, Nərmin Cavidlə əlbir olub uşağı 30 minə satmaq istəyiblər.
Aparıcı övladını uşaq evinə qoymaq adı ilə efirə çıxan Nərminin məqsədinin əslində onu 30 min manata satmaq olduğunu vurğulayıb:
"Siz bizim efirimizi oyuncağa çevirmisiniz?! Zaur da sadəlövh, tez inanandır axı. Hamıya ürəyi yanan imiş. Allah heç kimə mənim o biri üzümü göstərməsin! Plan qurublar ki, biz efirə çıxaq. Efirdən deyək ki, körpəni uşaq evinə qoyurlar. Əlbir olduqları ailə də efirə zəng edib söyləsin ki, uşağı onlar götürürlər. Ailədən 30 min manat pul alsınlar və yarıbayarı aralarında bölsünlər. Ayıb olsun sizə! Cavidlə sən uşaq alveri ilə məşğul olursunuz?! Sənin və Cavidin əlaqələrini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə verəcəyəm..."
Nərmin Cavidin ona alment ödəməyəcəyini deyərək özünə bəraət qazandırmağa çalışıb.
"Cavid onun güclü əlaqələrinin olduğu və heç vaxt aliment verməyəcəyini bildirdi. Ona görə də uşağı satmaq məcburiyyətində qaldım. İlk olaraq 10 min veriləcəkdi. Ümumilikdə isə 30 min".









