Azərbaycanda 92 yaşlı qadını övladları televiziyanın qarşına qoyub qaçdılar.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verlişində məlumat verilib.
Verilişə çıxan 92 yaşlı Əsli adlı qadın bildirib ki, 7 övladı var: " 3 ölüb, 4-ü sağdır.
Özüm Mingəçevirdə yaşıyırdım. Bakıda da bir otaqlı evim vardı. Uşaqlar evimi satıb küçəyə atdılar. Küçə süpürərək 7 övlad böyütdüm. Amma bu gün onlar məni tanımırlar".
7News.Az








