RU
Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
18:43
153

Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7NEWS.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.


 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ