RU
Azərbaycanda son sutkada 276 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
18:45
508

Azərbaycanda son sutkada 276 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7NEWS.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.

Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək isə 6 607 460 test aparılıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ