Gədəbəy rayonunda bir nəfərin dünyasını dəyişəməsi və daha bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.7NEWS-az ın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun İsgəndər qalası adlanan ərazisində baş verib.Sürücü idarə etdiyi "Traxtor"markalı avtomobilin idarə etməsini itirib.Nəticədə sərnişin 1980 ci il təvəllüdlü Məmmədov Seymur İsa oğlu hadisə yerində keçinib.Sürücü 1974-cü il təvəllüdlü Zeynalov Murad Əhməd oğlu ağır yaralanıb.Yaralı ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına,oradan isə Gəncə şəhərinə gətirilib.Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.Qəzada dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.








