RU
Azərbaycanda tanınmış idmançı həbs edilib
23:30
887

Azərbaycanda tanınmış idmançı həbs edilib

Azərbaycanda tanınmış idmançı həbs edilib. K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

Bu barədə Lent.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur. Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov Lent.az- a açıqlamasında bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ