Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tuttuğu vəzifədən azad olunub.Bu barədə 7NEWS.az-ın yerli bürosuna Ə.Qasımovun özü məlumat verib.
" Yaş həddinə görə mənim işimə xitam verildi. Hazırda işdən ayrılmışam və evimdəyəm"- deyə Ə.Qasımov bildirib. Məlumat üçün qeyd edək ki, Ə.Qasımov on ildən artıq idi Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb. Hazırda direktor vəzifəni onun müavini əvəz edir.








