Əməliyyat ilə edilən doğuşların sayı 10 dəfə artıb.
Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb.
2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə kəsiyi əməliyyatı aparılıb.
İllər üzrə artmağa doğru dəyişən qeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib.
2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 20,99 faizini təşkil edib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Ötən il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə olub.
Qeyd edək ki, 2013-cü ildə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar./oxu
7news.az








