Bu gün axşam saatlarında Goranboy rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb .
7news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrini daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə 13 tələbə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
7news.az








