"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.
7News.Az xəbər verir ki , ATV-nin Xəbərlər Departamentinin müxbiri - Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı təsdiqləyib.
Kanalın digər müxbiri Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.
7News.Az








