RU
Azərbaycanda təqsirləndirilən şəxs təcridxanada özünü asıb
16:10
576

Azərbaycanda təqsirləndirilən şəxs təcridxanada özünü asıb

Azərbaycanda təqsirləndirilən şəxs intihar edib.

Hadisə bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Rauf İsmayılov saxlanıldığı təcridxanada özünü asıb.

İntiharın motivi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ