RU
Azərbaycanda TIR sürücüsü sükan arxasında öldü
21:45
513

Azərbaycanda TIR sürücüsü sükan arxasında öldü

Bakı-Qazax magistralında hərəkət edən yük maşınında ölüm hadisəsi baş verib.

Yolun Kürdəmirdən keçən hissəsində 1967-ci il təvəllüdlü Qurbanov Akif Raci oğlu idarə etdiyi iri yük maşınının (TIR) sükanı arxasında keçinib. Özünü pis hiss edən sürücü maşını yolun kənarına çəkib və bir qədər sonra vəfat edib.

Sürücünün meyiti ekspertizadan keçirildikdən sonra Lənkəranın Liman qəsəbəsinə yola salınıb.

İlkin ehtimala görə, A.Qurbanov ürək çatışmazlığından ölüb./lent

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ