Azərbaycanda 20 yaşlı qadını ölümcül döyüb, anasının qapısına atdılar.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki,bunu "Elgizlə izlə" verlişinə müraciət edən Miranın anası bildirib.
Qadın söyləyib ki, Miranı toyuğu təmizləyə bilmədiyinə görə ölümcül döyüb, ata evinə gətiriblər: "Kürəkənim 18 yaşında bir dəfə ailəsinin istəyi ilə evlənib, boşanıb. Sonra Miranı əmisigildə görüb, xoşuna gəlib. Oğlanın ailəsi bizə qızıma baxmağa gəlmişdi. Həmin gün oğlanın dayısı arvadıgil qızımı aldadıb, qaçırdılar. Sonra qızımın dalınca getdim. Lakin oğlanın ailəsi qızımın evə qayıtmasına icazə vermədilər. Sonra nəvəm oldu. Qızım şəhərdə böyüdüyü üçün, kənd işlərini bilmir. 1 ildən sonra toyuğu təmizləyə bilmədiyi üçün qızımı döyüb, mənim evimə gətiriblər".

7News.Az








