RU
Azərbaycanda “TURKOVAC”-ın sınaqlarına başlanılması ilə bağlı protokol imzalanıb
20:50
931

Azərbaycanda “TURKOVAC”-ın sınaqlarına başlanılması ilə bağlı protokol imzalanıb

Azərbaycanda "TURKOVAC”-ın 3-cü faza kliniki sınaqlarına başlanılıb.

7NEWS.Az xəbər verir ki, Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında TURKOVAC-ın 3-cü faza klinik sınaqlarına başlanılması üçün protokol imzalanıb.
İmzalanma mərasimindən sonra açıqlama verən TÜSEB prezidenti deyib ki, TURKOVAC peyvəndi Türkiyədə bütün dozalarda hazırlanır:

"Bu gün bizim üçün əhəmiyyətli bir gündür, çünki dost və qardaş ölkə Azərbaycanla həm elmi iş birliyi, həm də yerli peyvəndimizin Azərbaycanda istifadə olunan bilməzi üçün 3-cü faza kliniki sınaqlarına başlanılmasına şahid oluruq”.

Türkiyənin COVİD-19 peyvəndi istehsal edən 9 ölkədən biri olduğunu deyən Akdoğan Azərbaycanla belə bir iş birliyinə imza atmağın çox vacib olduğunu qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ