RU
Azərbaycanda ötüşən maşın qadını belə vurdu - ŞOK GÖRÜNTÜ - VİDEO
17:52
1823

Azərbaycanda ötüşən maşın qadını belə vurdu - ŞOK GÖRÜNTÜ - VİDEO

Lənkəranda 30 may tarixində övladını məktəbdən gətirməyə gedən qadını avtomobilin vurduğu an kameraya tuş gəlib.

Hadisə M.F.Axundov küçəsində, 5 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

 

Rayon sakini, 28 yaşlı Aqil Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirməyə çalışarkən qarşı yolda idarəetməni itirib. Sürücü maşını əvvəlcə maneəyə vurub. Sonra isə piyada, 37 yaşlı Esmira Əliyevanı vuraraq avtomobili aşırıb.

Müxtəlif dərəcəli bədən xəsarət alan qadın ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./baku.ws

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ