RU
Azərbaycanda üç gözlü buzov doğulub – FOTO
16:00
446

Azərbaycanda üç gözlü buzov doğulub – FOTO

Kürdəmir rayonunda üç gözlü buzov doğulub. 

Hadisə  rayonun Qarasu kənd sakini Araz Mətətova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Təsərrüfat sahibinin sözlərinə görə, belə bir hadisəyə birinci dəfədir rast gəlir.

Baş verən hadisə sakinlərin böyük marağına səbəb olub. Hadisənin digər maraqlı tərəfi isə heyvanın hər üç gözündə görmə qabiliyyətinin normal olmasıdır. 

Kürdəmir rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq şöbəsinin rəisi Cahan Zülfüqarovun sözlərinə görə, belə hadisələr əsasən heyvanın ana bətnində inkişafı zamanı əmələ gələn patoloji  haldır./apa

 

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ