Odlar Yurdu Universitetindən içində külli miqdarda pul olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyindın 7News.Az-a verilən məlumata görə, yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlanıb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevdir.








