Qubada bələdiyyə sədrinin ailə üzvləri öldürülməyə cəhddə təqsirli bilinən Aydın Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hafiz Əliyevin icrasatına verilib.
İş üzrə məhkəmə hazılrıq iclası 2023-cü il yanvarın 11-nə təyin olunub.
Qeyd edək ki, Quba rayonu Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini səndələşdirməyə köməklik etməyəcəyini yəqinləşdirərək ondan qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, kənd sakinlərinin müdaxiləsi nəticəsində öz cinayətkar əməllərini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.
Aydın Şahverdiyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilib./olke
7NEWS.Az








