Saatlıda xəstə kor bağırsağından (appendiks) cərrahiyyə əməliyyatı olunan zaman ölüb.
7news.az APA-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Musalı kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov Yaşar Yusif oğlu bu gün saat 20.00 radələrində Saatlı rayon xəstəxanasında kor bağırsağından cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Yaşar Məmmədovun ölüm səbəbini aydınlaşdırmaq üçün meyit Sabirabad rayon Məhkəmə tibbi ekspertizası və Pataloji anatomiya mərkəzinin eksperti tərəfindən müayinə olunub.
Ekspertizanın nəticəsi bir müddət sonra açıqlanacaq.
7news.az








