RU
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ
17:49
2037

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddətinin uzadılması barədə qərar verib.

7News.Az bildirir ki, qərarda deyilir:

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq
edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ
gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika
və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti
2022-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəliQərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9,

maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298,
1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588,
1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291,
№ 4, maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692,
№ 7, maddələr 868, 882, № 8, maddə 974; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2021-ci il 24 sentyabr tarixli 280 nömrəli Qərarı)
1.1-ci bəndində "2021-ci il 1 noyabr" sözləri "2022-ci il 1 yanvar" sözləri ilə
əvəz edilsin.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ